RU

Lionel Messi “İnter Mayami”dən ayrılmağı düşünür

“Barselona” və PSJ-nin keçmiş hücumçusu Lionel Messi ABŞ-ın “İnter Mayami” klubundan ayrılmaq niyyətindədir.

90deqiqe.Az-ın məlumatına görə, 38 yaşlı futbolçu milli komandası üçün daha rəqabətli liqada oynamaq istəyir.

Argentinalı ulduz 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatından altı ay əvvəl karyerasını daha güclü liqada davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, Argentina millisi hazırda dünya çempionatının qalibidir. 2022-ci ildə Qətərdə keçirilən finalda Lionel Skaloni rəhbərliyindəki Argentina komandası Fransanı (3:3, penaltilərlə 4:2) məğlub edib və Messi həmin oyunda dubla imza atıb.

Избранный
20
33
90deqiqe.az

10Источники