RU

"Liverpul" ÇL-də debüt edən ən gənc futbolçusu ilə peşəkar müqavilə imzaladı

"Liverpul" klubu UEFA Çempionlar Liqasında tarixinin ən gənc debütantı olan Treymoris Nyoni ilə ilk peşəkar müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 iyun – futbolçunun 18 yaşı tamam olan gün bu razılaşma rəsmiləşib.

Nyoni "Liverpul"a 2023-cü ilin sentyabrında "Lester"dən transfer olunub. Geridə qalan mövsümdə o, İngiltərənin U-18, U-19 və U-21 komandalarının heyətində çıxış edib. Bununla yanaşı, əsas komandanın heyətində 6 oyunda şans qazanıb.

Xatırladaq ki, 2025-ci ilin yanvarında keçirilən UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda PSV ilə görüşdə (2:3) Nyoni 64-cü dəqiqədə meydana daxil olub. Həmin vaxt onun yaşı 17 il 213 gün idi. Beləliklə, o, "Liverpul"un avrokuboklar tarixində meydana çıxmış ən gənc futbolçusuna çevrilmişdi.

Избранный
41
90deqiqe.az

1Источники