“Bütün bu işlər dövlətimizin rəhbərinin uca diqqəti sayəsində, müvafiq strukturlar tərəfindən yüksək səviyyədə həyata keçirilib. Cənazələrimi təhvil aldım, Rusiyanın amansız rejiminin qanlı pəncəsində canını tapşırmış qardaşlarım, o əzabkeş insanlar artıq müqəddəs vətən torpağına qovuşdu”.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları tərəfindən öldürülən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Hüseynli bildirib.
“Biz hər addımda qurbanlar vermişik və təəssüf ki, bu qurbanların böyük bir qismini Rusiya zülmünə vermişik. Ümidvaram ki, bu, o qurbanların silsiləsinin son həlqəsi olacaq”, - S. Hüseynli qeyd edib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə OMON-un keçirdiyi basqın zamanı tanınmış jurnalistin qardaşları – Səfərovlar öldürülüb, bir neçə nəfər isə saxlanılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də rəsmi bəyanat yayaraq hadisəyə kəskin etiraz edib. Həmçinin Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və ona sərt nota təqdim olunub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта