Azərbaycanda Rusiyanın "Ruptly" videoagentliyinin əməkdaşı saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu iddia ilə Rusiya mətbuatı çıxış edib.
Saxlanılan şəxsin redaktor olduğu deyilir. Məlumatda bildirilir ki, o, "Sputnik Azərbaycan"-da aparılan axtarışı lentə alırmış. Anası onun saxlandığı xəbərlərini təsdiqləyib.
Xatırladaq ki, bu gün "Sputnik Azərbaycan" -da aparılan axtarışlardan iki nəfər saxlanılıb.