ain.az, Milli.az saytına istinadən bildirir.
Tanınmış daxili xəstəliklər və kardiologiya mütəxəssisi Prof. Dr. Canan Karatay zəka inkişafını dəstəkləyən səhər yeməyi ilə bağlı yeni açıqlaması ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, zəkanın açarı "yumurtadır" və bu, qədimdən həm Türk mədəniyyətində, həm də Çin ənənələrində öz əhəmiyyətini qoruyub saxlayır.
Canan Karatayın "super qida" adlandırdığı yumurta Çində hamilə qadınların və uşaqların rasionunda əvəzolunmaz yer tutur. Onun sözlərinə görə, bu ölkədə doğuşdan sonrakı qadınlara gündə 10 yumurta verilməsi ənənəsi hələ də davam edir.
Karatay vurğulayıb ki, yumurtanın həm ağı, həm də sarısı birlikdə istehlak edilməlidir. Bu formada qəbul edilən yumurta, tərkibindəki zülal və qida maddələri ilə beynin fəaliyyətinə müsbət təsir göstərir.
Professorun sözlərinə görə, sağlam səhər yeməyi yalnız qaynadılmış yumurta ilə məhdudlaşmır. Yumurtanı az odda, kərə yağı ilə ərik kimi bişirmək də faydalı seçimlərdəndir.
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.