RU

Liverpul Çempionlar Liqası tarixində klubun ən gənc debütantı ilə müqavilə bağladı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Liverpul" komandası UEFA Çempionlar Liqası tarixində klubun ən gənc debütantı Treymoris Nyoni ilə peşəkar müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

Nyoni 2023-cü ilin sentyabrında "Lester"dən "Liverpul"a keçib. Ötən mövsüm yarımmüdafiəçi "Liverpul"un 18 yaşadək, 19 yaşadək və 21 yaşadək gənclərdən ibarət komandalarında çıxış edib. Ümumilikdə onun əsas komandada altı oyunu var.

Xatırladaq ki, 2025-ci ilin yanvarında Çempionlar Liqasında PSV ilə oyunda Nyoni 64-cü dəqiqədə meydançaya daxil olub. Bununla da yarımmüdafiəçi avrokuboklar tarixində ən gənc (17 yaş və 213 gün) "Liverpul" oyunçusu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
31
oxu.az

10Источники