RU

Avropada anomal istilər, temperatur 50 dərəcəyə yaxınlaşır

BAKI. 1 iyul. TELEQRAF

Qərbi Avropa ölkələri anomal istilərlə üzləşib.

Teleqraf xəbər verir ki, bəzi bölgələrdə havanın temperaturu 50°C-ə çatır.

İspaniyada 1965-ci ildə Sevilyada (45,2°C) qeydə alınan ən yüksək temperatur rekordu qırılıb. Qranadada temperatur 46°C-yə yüksəlib.

Portuqaliyada temperaturun 44°C-yə çatacağı gözlənilir.

İtaliya da istilərdən əziyyət çəkir. Həkim qruplarının təcili yardım göstərmək üçün Milan, Roma, Venesiya və Florensiyanın turistik yerlərinin yaxınlığında növbətçilik etdiyi bildirilir. Buna baxmayaraq, yerli səhiyyə xidmətləri günvurmalarda 10 faiz artım qeydə alıb.

Fransada dərs ilinin başa çatmaması vəziyyəti daha da çətinləşdirib. Yüksək temperatur şagirdlərin rifahına mənfi təsir göstərə bilər.

Избранный
31
2
teleqraf.com

3Источники