RU

Rusiya ordusu “Çernika” pilotsuz təyyarələri ilə Xarkova hücum edib

Rusiya Silahlı Qüvvələri Xarkovu yeni “Çernika” pilotsuz təyyarələri ilə vurub...

Poliqon xəbər verir ki, bu barədə öz Telegram kanalında şəhərin meri İqor Terekov məlumat verib.

“Fövqəladə Hallar Departamentinin mütəxəssisləri ilk dəfə olaraq “Çernika” adlı yeni tip pilotsuz uçan aparatın zərbəsini qeydə alıblar”, deyə rəsmi bildirib.

Əvvəlcə "Çernika" pilotsuz təyyarəsi 2,5 kiloqrama qədər faydalı yük daşıya bilirdi, lakin modifikasiyalardan sonra döyüş başlığının çəkisi 3,5 kiloqrama qədər artıb. Döyüş yükü ilə uçuş müddəti 1,5 saatdır.

Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiya bir il ərzində dron istehsalını üç dəfə artırıb.

Poliqon.info 

Избранный
17
46
poliqon.info

10Источники