RU

Süni intellekt dünyanı ələ keçirir

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

"OpenAI" şirkətinin rəhbəri Sem Altmanın son illər texnologiya sahəsində fəaliyyəti nəticəsində "Yeni İctimai Müqavilə" tandemi yaranıb ki, bu da süni intellektin dünyanı səssizcə ələ keçirməsi və qlobal miqyasda oyun qaydalarının dəyişməsi deməkdir. Reyting.az xəbər verir ki, bunu amerikalı mütəxəssislər bildiriblər. Qeyd olunur ki, dünya tamamilə yeni və müasir texnoloji bir dövrün astanasındadır. Bu dövrdə süni intellekt təkcə insan ağlına çatmağa çalışmır, həm də, tədricən insanın şüurunu, beyin potensialını üstələməyə başlayır. Buna baxmayaraq, Sem Altman süni intellektin iblis olmadığı qənaətindədir. Altman "zərif singularlıq" anlayışını ictimaiyyətə təqdim edir ki, bu da süni intellektin mərhələli proseslərlə tamamilə apokaliptik ssenarilər olmadan cəmiyyətin ayrılmaz hissəsinə çevrildiyi anlamına gəlir.Altmanın sözlərinə görə, "ChatGPT" artıq bu gün bir çox hallarda insan imkanlarını üstələyən nəticələr göstərən müxtəlif və həm də çətin vəzifələri yerinə yetirir. Yüz milyonlarla istifadəçi hər gün bu sistemə müraciət edir. Altmanın fikrincə, bu, onun üçün sadəcə fantastika yox, həm də yeni bir ictimai müqavilənin başlanğıcıdır. Bu müqavilədə isə süni intellekt çox yüksək inkişafın, tərəqqinin əsas alətinə çevrilir.S. Altman əmindir ki, həmin gələcək bizimdir: “Artıq burada sistemlər təkcə məntiq yürütmür, həm də elmi kəşflər edirlər, proqramlarını yazırlar və müalicə üsullarını təklif edirlər, hətta öz bizneslərini qururlar. Onun tək məqsədi - hər kəs üçün əlçatan, demokratik, eyni zamanda tamamilə təhlükəsiz bir "dünya üçün beyin" qurmaqdır. Bizim vəzifəmiz təkcə güclü süni intellekt yaratmaq deyil, onu ədalətli, həmçinin hamı üçün əlçatan etməkdir, təkcə texnoloji elita üçün yox. Süni intellekt isə insanın həmkarı, dostu olacaq". Altman vurğulayıb ki, çox yaxın gələcəkdə süni intellektin dəyəri elektrik enerjisinin qiymətinə yaxınlaşacaq. Bu da imkan yaradacaq ki, məlumatların emalı mərkəzləri tezliklə avtomatlaşdırılsın və robotların başqa robotlar yaratması tam mümkün olsun. "Lakin hələ ki, bu obraz da çox fantastik görünür, ancaq gerçəyə çevrilməkdədir",- deyə Altman əlavə edib. "OpenAI" şirkətinin rəhbəri daha sonra əmək transformasiyasından söz açaraq deyib ki, əslində əmək bazarındakı dəyişikliklər onun da proqnozlarında önəmli yer tutur. Bəzi peşələrin yox olacağı yalan deyil, lakin onların yerini daha maraqlı və qaneedici yeni işlər tutacaq. Milyarderin fikrincə, bu keçid mərhələsi yeni ictimai müqavilənin üzərində yenidən və əhatəli işlənməsini də tələb edir. O, ümumiyyətlə, işsizliyin tamamilə mümkün olmasa belə, müəyyən səviyyədə qarşısını almaq üçün əlindən gələni edəcəyinə çalışdığını bildirib. "Düşünürəm ki, tərəqqi, əmək yanaşı yox, həmçinin kapital vergisi ilə maliyyələşən baza gəliri təklifi ilə yanaşı getməlidir",- deyən Altman söyləyib ki, onun yeganə idealı - maşınların hökmranlıq etdiyi yox, əksinə, insanların süni intellektin yardımı ilə öz potensiallarını daha da genişləndirmək üçün istifadə etdiyi bir cəmiyyətdir. S. Altman qeyd edib ki, əgər onun fantastik konsepsiyası həyata keçərsə, 2030-cu illər inqilabi sıçrayış dövrü yox, bəşər övladının süni intellekt ilə birlikdə tədricən, həmçinin dayanıqlı təkamülünü simvolizə edən qeyri-adi bir dövr olacaq.Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
46
reyting.az

10Источники