RU

"PAŞA Bank"ın rəhbərliyi ilə nə qədər qazanır? - Rəqəmlər

"PAŞA Bank” rəhbərliyinin 2024-cü il üzrə gəlirləri məlum olub.

Valyuta.az xəbər verir ki, Qrupa aid bankların rəhbərliyinə ötən il ümumilikdə 17 milyon 726 min manat ödəniş edilib. Bunun 2 milyon 27 min manatı “PAŞA Bank Georgia”nın rəhbərliyinə ayrılan ödənişlərdir. 

Bu isə o deməkdir ki, törəmə müəssisələr çıxılmaq şərtilə “PAŞA Bank” rəhbərliyinə ümumi əmək haqqı ödənişləri 15 milyon 699 min manat təşkil edib.

Bankın rəhbər heyətinə ödənişlər deyilərkən adətən Müşahidə Şurası və İdarə Heyətinə ödənişlər nəzərdə tutulur. 

“PAŞA Bank”ın Müşahidə Şurası 4, İdarə heyəti isə 5 nəfərdən ibarətdir. Bu isə o deməkdir ki, bankın rəhbərliyində təmsil olunanların illik gəliri 1 milyon 744 min manat, aylıq gəliri isə 145 min manatdır. Bu isə ötən ilə nisbətən 4 faiz çoxdur.

2023-cü ildə bankın rəhbərliyinə illik orta ödənişləri 1 milyon 678 min manat olub.  

Bu məbləğə təkcə əməkhaqqı ilə bağlı ödənişlər daxildir. Bank bundan əlavə sosial ödəmələr də həyata keçirib. 

Qeyd edək ki, “PAŞA Bank”ın Müşahidə Şurasının sədri Rövşən Allahverdiyev, İdarə Heyətinin sədri isə Cavid Quliyevdir.

Nara

Избранный
2
13
valyuta.az

10Источники