RU

Oxu.az xəbər saytının 12 yaşı tamam olur

Bu gün Oxu.az xəbər saytının 12 yaşı tamam olur.

“Report” xəbər verir ki, 2013-cü ildən fəaliyyətə başlayan sayt ölkədə və dünyada baş verən ən aktual xəbərləri Azərbaycan və rus dillərində fasiləsiz olaraq oxuculara çatdırır.

Saytda oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar təqdim edilir.

Oxu.az-ın baş redaktoru Ülvi Səfərovun sözlərinə görə, gələcək dönəmlərdə saytın multimedia tərəfini inkişaf etdirmək əsas hədəflərdəndir:

“12 il ərzində Azərbaycan saytlarının ən oxunaqlısı olmuşuq deyə bilərik. Hələ ki xəbər və oxucu mövzusunda heç bir çatışmazlıq yoxdur. Gələcək üçün video kontentlərin sayını artırmağı düşünürük. Bu sahədə bir az təkana ehtiyac duyulur. Yaxın bir il ərzində ciddi sıçrayışlar olacağına əminik”.

"Report" İnformasiya Agentliyinin kollektivi adından Oxu.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Избранный
8
15
report.az

10Источники