RU

Ağcabədidə Ziyəddin və Hüseyn Səfərovlarla vida mərasimi başlayıb - Yenilənib

Ağcabədidə Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilir...

“Report"un Qarabağ bürosunun məlumatına görə, vida mərasimində mərhumların ailə üzvləri, doğmaları, AğdamAğcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Səfərov qardaşları Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunacaqlar.

Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının iyunun 27-də səhər saatlarında Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, çox sayda azərbaycanlı həbs edilib.

***

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.

“Report”un Qarabağ Bürosu xəbər verir ki, Ağcabədi şəhəri Xəlfələddin küçəsində keçiriləcək vida mərasimindən sonra mərhumlar valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbristanlığında torpağa tapşırılacaqlar.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Poliqon.info

Избранный
2
50
poliqon.info

10Источники