RU

Bu gündən “Azercell”də qiymətlər KƏSKİN ARTDI - Qiymətlər

Bu gündən "Azercell" mobil operatorunun ödəniş kartlarının istifadə müddəti ilə bağlı etdiyi dəyişiklik qüvvəyə minib.

 

“Bakuinfo” Pravda.az-a istinadən xəbər verir ki, fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:

Kartın nominalı (AZN ilə)İstifadə müddəti (təqvim günü)1122335510102525505010050

 

Bütün nominalı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəniş (danışıq) kartlarında yeni ödəniş kartının yükləmə müddəti ödəniş kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti +90 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəniş kartı yüklədiyi istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmçinin həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəniş kartının məbləğindən istifadə imkanına malik olacaq.

 

Ödəniş məbləğinin aralığıİstifadə müddəti (təqvim günü)1 AZN-dan – 1.99 AZN-dək12 AZN-dan – 2.99 AZN-dək23 AZN-dan – 4.99 AZN-dək35 AZN-dan – 9.99 AZN-dək510 AZN-dan – 24.99 AZN-dək1025 AZN-dan – 49.99 AZN-dək2550 AZN-dan – 99.99 AZN-dək50100 AZN +50

 

Göstərilənlərə əlavə olaraq, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balansına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan 1 AZN, 2 AZN, 3 AZN, 5 AZN, 10 AZN nominaların əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:

 

rdi:

 

Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.

 

Qeyd edək ki, bu vaxta qədər fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilirdi:

Избранный
16
8
bakuinfo.net

9Источники