RU

“Mançester Siti” və “İnter” klublararası dünya çempionatından kənarda qaldılar

İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klubları Klublararası Dünya Çempionatında iştirakını başa vurublar.

“Mançester Siti” 2025-ci il Klublararası Dünya Çempionatının 1/8 finalında “Əl-Hilal”a uduzub. Orlandoda keçirilən görüş əlavə vaxtdan sonra 4:3 hesabı ilə başa çatıb.

Matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İngiltərə komandasının heyətində Bernardo Silva və Erlinq Holand, Səudiyyə klubunda isə Markos Leonardo və Malkom fərqlənib.

Əlavə vaxtda Kalidu Kulibalı “Əl-Hilal”ı hesabda irəli çıxarıb. “Şəhərlilər”in yarımmüdafiəçisi Fil Foden hesabı bərabərləşdirsə də, sonra Markos Leonardo həlledici qola imza ataraq dubl edib.

Turnirin başqa oyununda Milanın "İnter"i Braziliyanın "Fluminense" klubuna 0:2 hesabı ilə uduzub.

Komandalar "Bank of America" ​​stadionunda (Şarlotta, ABŞ) qarşılaşıblar. Qolları Herman Kano (3-cü dəqiqə) və Erkules (90+3) vurublar.

40-cı dəqiqədə "Fluminense"nin futbolçusu İqnasionun qolu VAR-a baxdıqdan sonra ofsayd vəziyyətinə görə ləğv edilib.

“Əl-Hilal” iyulun 4-də klublararası dünya çempionatının 1/4 finalında Braziliyanın “Fluminense” klubu ilə qarşılaşacaq.

ABŞ-da keçirilən klublararası dünya çempionatı iyulun 13-də başa çatacaq.

Almaz Həsənli

Избранный
7
12
oxumeni.az

9Источники