RU

Gürcüstanın daha bir müxalifət lideri 8 ay həbs cəzası aldı

TBİLİSİ, 1 iyul. TELEQRAF

Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Qvaramiya 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Məhkəmənin qərarı ilə siyasətçi iki il müddətinə vəzifə tutmaq hüququna da malik olmayacaq.

N.Qvaramiya parlamentin keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdıran müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurdu. Müxalifətçi çağırışa baxmayaraq, komissiyanın iclasına qatılmaqdan imtina edib.

Qeyd edək ki, bu günədək Tbilisi məhkəməsinin qərarları ilə eyni ittiham irəli sürülmüş digər müxalifətçilər – “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze, “Ağmaşenebeli strategiyası” partiyasının lideri Giorgi Vaşadze və siyasətçi Givi Tarqamadze 7 ay, “Güclü Gürcüstan” koalisiyasının liderləri - Mamuka Xazaradze və Badri Caparidze, “Dəyişikliklər naminə koalisiya”nın digər lideri Nika Meliya isə 8 ay müddətinə həbs ediliblər.

Избранный
13
12
teleqraf.com

8Источники