RU

Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə gedib

Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib.

Turkustan.az xəbər verir ki, Azərbaycan diplomatı rəsmi çağırışdan sonra Rusiya XİN-ə gedib.

Rusiya KİV səfirin nazirlik binasına gəlməsinin görüntülərini yayıb.

Qeyd edək ki, ötən gün Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Xarici İşlər Nazirliyinə çağırılmasına dair xəbərlər yayılıb.

Səfir Rəhman Mustafayevin nazirliyə çağırılmasına səbəb kimi Rusiya Federasiyası jurnalistlərinin saxlanılması göstərilib./APA

Избранный
2
17
turkustan.az

10Источники