RU

Britaniyalılar "Uimbldon"da bu gözələ azarkeşlik edirlər

Nüfuzlu "Uimbldon" tennis turniri start götürüb.

Publika.az xəbər verir ki, tennisçilər “Böyük dəbilqə” turnirində mübarizəyə başlayıblar. Kortda diqqət çəkən əsas ulduzlardan biri Böyük Britaniyanın bir nömrəli tennisçisi Emma Radukanudur. O, həm potensialı, həm də xarici görünüşü ilə azarkeşlərin və medianın gündəmindədir. Hətta yerli publika favoritlər arasında onu görür və dəstəyini nümayiş etdirir.

22 yaşlı Radukanu tennis aləmində 2021-ci ildə, 18 yaşında ikən ABŞ Açıq Çempionatında (US Open) qazandığı sensasiyalı qələbədən sonra tanınıb. Təcrübəli oyunçu sayılmasına baxmayaraq, bu onun cəmi dördüncü "Uimbldon" turniri olacaq.

2023-cü ildə hər iki biləkdən və topuqdan keçirdiyi əməliyyatlardan sonra o, dünya reytinqində ilk 300-lükdən kənarlaşmışdı. Lakin Emmə reytinqdə yüksələrək 40-cı pilləyə qədər irəliləyib.

Budəfəki "Uimbldon" Radukanu üçün nə dərəcədə uğurlu olacaq? Cavabı qarşıdakı oyunlar göstərəcək. Britaniyalı tennisçi ötən gün turnirdə ilk matçına çıxıb. O, həmyerlisi, 17 yaşlı Mimi Syu ilə qarşılaşıb və 2 setdə qalib gəlib - 6:3, 6:3.

Избранный
24
18
publika.az

10Источники