RU

ABŞ vətəndaşlarının İrandan təhlükəsiz təxliyyəsində göstərdiyi köməyə görə Azərbaycana minnətdarıq - Amerikalı diplomat

Bakı. Trend:

ABŞ vətəndaşlarının İrandan təhlükəsiz şəkildə təxliyəsindəgöstərdiyi köməyə görə Azərbaycana təşəkkürümüzü bildiririk.

Trend xəbər verirki, bunu ABŞ-nin Müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycandakıdiplomatik missiyasını başa vurması ilə bağlı azərbaycan dilindəetdiyi videomüraciətdə bildirib.

Videomüraciət ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi “X”səhifəsində dərc olunub.

Səfirliyin məlumatına görə, Qevara “3 il ərzində o,ABŞ-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfə verib,ABŞ-nin nailiyyətlərini uğurla təqdim edib və ölkə boyuncainsanlarla səmimi, etibarlı münasibətlər qurub. Azərbaycandaçalışarkən o, çoxsaylı unudulmaz anlar yaşayıb”.

“Regionda son hadisələr bizim ikitərəfli əməkdaşlığımızınfaydalarını bir daha göstərdi. Nümunə olaraq, Amerikavətəndaşlarının İrandan təhlükəsiz şəkildə təxliyyəsində göstərdiyiköməyə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Bu üç il mənimüçün unudulmaz oldu. Ölkə üzrə səfərlərimdən, rəsmi görüşlərdən vəqonşuluğumdakı gündəlik anlarda xoş xatirələr qaldı. Qurduğum bütünəlaqələrə görə minnətdaram. Azərbaycanda insanların mehribanlığı,zəngin mədəniyyəti və əlbəttə ki, dadlı yeməkləri üçün çoxdarıxacağam”,- deyə Qevara bildirib.

Məqalədə:
Избранный
8
38
az.trend.az

10Источники