Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, onların 8-i Azərbaycan, 2-si Pakistan, 1-i Türkiyə, 1-i İran, 1-i Qana vətəndaşı olub.
Saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər, sərhəd rеjim qaydalarını pоzduqlarına görə isə 905 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.