RU

Azərbaycan səfiri Rusiya XİN-ə getdi - Video - Yenilənib

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, diplomat rəsmi çağırışdan sonra Rusiya XİN-ə gedib.

R. Mustafayevin diplomatik nümayəndəliyə gəlişinin görüntüləri də yayılıb.

Qeyd edək ki, Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına səbəb kimi ötən gün Bakıda rusiyalı jurnalistlərin saxlanılması göstərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) “Sputnik-Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu bildirilib.

***

Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyin binasını tərk edib. 

Səfir görüşlə bağlı detalları açıqlamayıb.

Избранный
5
7
qafqazinfo.az

10Источники