RU

“Hətta qabırğalardan birini tapa bilmədik”

“Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarların ekspertizasının nəticələri məlum olub. İyunun 30-da mərhumların meyitləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirildi və 10-11 radələrində Komissiya tərəfindən meyitlər kriminalistlərin iştirakı ilə müayinə olundu”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı ekspertizanın nəticələrinə dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, müayinədən öncə mərhumların tibbi şəhadətnamələri gətirilib: “Müayinə nəticələrinə əsasən, böyük qardaş Hüseyn Səfərovun tibbi şəhadətnaməsindən aydın olur ki, ölümə səbəb travma olub. İkinci qardaş isə ürəktutmasından ölüb. Biz meyitləri müayinə etdik. H.Səfərova travma küt alətlə yetirilib. Kim tərəfindən, harada olduğu qeyd olunmur. Biz müayinə edərkən çoxlu sayda travma müəyyən etdik. Burun sümüklərinin yerini dəyişən sınığı var idi. Döş qəfəsi deformasiyaya uğrayıb. Assimmetrikdir, göz qapaqlarında 12-14 sm sahədə hematoma müşahidə olunur. Həmçinin üst və alt dodaqlarda, əllərdə və xayalarda da qançırlar var. Alında sıyrıqlar var. Nə ilə vurulduğunu deyə bilmərəm. Başın dərisini aralayarkən geniş qansızmalar, baş beyinin həm sərt, həm də yumşaq qişasında qansızmalar mövcuddur. Qabırğalarda -  7-8 qabırğada sınıqlar var”.

“Birinci meyitdən fərqli olaraq ikincidə - Z.Həsənovun meyitində travmalar az idi. Ona görə də, ürəktutma səbəb kimi göstərilib. Onların verdiyi şəhadətnamədə göstərilib ki, ölüm ürəyin işemik xəstəliyindən baş verib. Səbəb də ürək-ağciyər çatışmazlığı göstərilib. 

Bizim müayinəmiz zamanı hər iki göz, alın, gicgahda qansızmalar var idi. Döş qəfəsində müxtəlif qançırlar var idi. Döş qəfəsi asimmetriyalıdır, deformasiya olunub. Həmçinin xayalıqda xeyli qançırlar və sıyrıqlar da var. Bunlar xarici müayinənin nəticələridir. Daxili müayinə zamanı da birincidə - H.Səfərovda olduğu kimi döş qəfəsində sıxılmalar, hətta qabırğalardan birini tapa bilmədik. Qarının arxa divarında qansızmalar, hematomalar var idi. Ölümə çoxsaylı travmalarla əlaqədar postrtravmatik şok səbəb olub”, - deyə əlavə edib.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Избранный
17
10
qafqazinfo.az

10Источники