RU

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

İyunun 30-da həmyerlilərimizin meyitləri təyyarə ilə ölkəmizə gətirildi. Sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə daxil oldu, xüsusi komissiya tərəfindən meyitlər müayinə edildi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Yekaterinqburda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertiza və Pataloji anatomiya  Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.

İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.

Избранный
2
39
operativmm.az

10Источники