Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimindən sonra mərhumlar kənd qəbiristanlığında dəfn olunublar.
Senzor.az bildirir ki, vida və dəfn mərasimlərində mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, daha bir neçə azərbaycanlı isə həbs edilib.