Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyada yaşayan azərbaycanlılara qarşı son zamanlar aqressiyanın artdığını açıq şəkildə müşahidə edirik. Bu günlərdə Yekaterinburqda 5 nəfər azərbaycanlı Omonçular tərəfindən vəhşicəsinə döyülərək öldürüldü. Ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin vurulmasında sonra Azərbaycandan üzr istəməyən və təzminatı ödəməkdən boyun qaçıran Rusiya, Azərbaycanla arasındakı münasibətlərini son vaxtlar daha da gərginləşdirməkdədir. Azərbaycanda "Rus evi"nin bağlanması və Rusiyanın “Sputnik” xəbər agentliyinin fəaliyyətinin dayandırılması Rusiya tərəfindən xəbərdarlıq kimi dəyərləndirilmədi. Əksinə bu gün Rusiyada yaşayan azərbaycanlılara "divan tutulur". Sanki Rusiya bununla tarix boyu içində olan Azərbaycan düşmənçiliyini qusur. Təzadlı vəziyyətdir əslində. Həmişə düşmənin bir fikri olur, “mən nə edirəmsə, yaxşı edirəm, mənə qarşılıq verirsənsə, daha ağırını edəcəm və sən buna dözməlisən”. Bu gün reallıqların dəyişdiyini Rusiya da qəbul etməlidir. Azərbaycan daha Sovet İttifaqının müstəmləkəsi deyil. Azərbaycan güclü, qüdrətli və torpaqlarını öz gücünə işğaldan azad etmiş bir ölkədir. Azərbaycanla Rusiya arasında gərginliyin dərinləşməsi, Rusiyanın özünə heç sərf etməz...
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Qafqaz siyasəti, 18-ci əsrin əvvəllərində əsası 1-ci Pyotr tərəfindən müəyyənləşdirilmişdir.
Nəsib Məhəməliyev
“Əfsuslar olsun ki, 300 il keçməsinə baxmayaraq, Rusiya sələfinin siyasətini davam etdirir. Ona görə də, Rusiyanın Qafqazdakı hədəfi təkcə Ermənistan deyil, bütöv regiondur. Regionun açar dövləti, Azərbaycandır. Türk dünyasının birləşməsində, Şərqlə Qərb və Şimalla Cənub arasında nəqliyyat-kommunikasiya xətlərinin kəsişdiyi coğrafiyada yerləşir”-deyən deputat vurğulayıb ki, Azərbaycan digər Qafqaz respublikalarından fərqli olaraq, müstəqil siyasət aparan və iqtisadi cəhətdən inkişaf etmiş ölkədir.
Nəsib Məhəməliyevin sözlərinə görə, təsadüfi deyil ki, tarixən bu regiona nəzarət uğrunda ciddi rəqabət olmuşdur: “Formalaşmaqda olan yeni dünya nizamında, geosiyasi güclər arasında rəqabətin gücləndiyini görürük”.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.