RU

Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb, qabırğanın biri tapılmadı

Yekaterinburqda qətlə yetirilən 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov aldığı xəsarətlərə görə posttravmatik şok nəticəsində ölüb.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Z.Səfərovun meyitinin xarici müayinəsi zamanı hər iki gözün qansızmaları müəyyən olunub:

"Sağ gözündə, boyun nahiyələrdə qançırlar, döş qəfəsində assimetrik deformasiya, zolaq şəkilli sıyrıqlar, qarnın sağ səthində qançırlı sıyrıqlar, xayalığın dərisində qeyri-müəyyən formalı qançırlar müəyyən edilib".

Ə.Həsənov əlavə edib ki, daxili müayinə zamanı başın dəri örtüyündə sərt qansızmalar da müəyyən edilib:

"Həmçinin döş qəfəsində iki xətt üzrə çoxsaylı sınıqlar var idi. Bununla da hiss olunur ki, sol tərəfdən qabırğalar kobud şəkildə sındırılıb. Diafraqmalarda qansızma, parenetfral sahələrdə qansızmalar müəyyən olunub".


Birliyin direktoru vurğulayıb ki, Rusiya qardaşların ölüm səbəbini ürək çatışmazlığı kimi qələmə versə də, ekspertiza zamanı başqa travmalar aşkarlanıb:


"Belə ki, Ziyəddin Səfərovun ölümünə səbəb kimi rus həkim xəstəliyi göstərib. Amma bizim daxili müayinədə aşkar etdiyimiz faktlar tam başqa idi. Başın dəri örütüyünün iç səthində, baş beynin sərt və yumşaq qişalarına qan sızmalar, döş qəfəsinin küt travması, sıxılması, döş qəfəsində iki xətt üzrə sınıqlar var idi. Solda ön tərəfdə və sağda arxa tərəfdə bütün qabırğalar hamısı sınıqdır. Hətta biz qabırğanın birini tapa bilmədik".


Избранный
28
16
news24.az

10Источники