RU

Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: "Qabırğalardan birini tapa bilmədik”

"Hüseyn və Ziyəddin Səfərov qardaşlarının nəşi xüsusi komissiya tərəfindən müayinə olunub".
 
Moderator.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib.
 
O bildirib ki, müayinədən öncə onların ölüm haqqında tibbi şəhadətnamə təqdim olunub:
 
"Rusiyada məhkəmədə meyitlər ayrı-ayrı ekspertlər tərəfindən müayinə olunub və ölümün səbəbi müxtəlif yazılıb. Ekspertiza rəyində Ziyəddinin ürək turmasından, Hüseynin isə sadəcə travmadan öldüyü qeyd edilib. Hüseynin meyitinə verilən rəydə göstərilib ki, küt alətlə travmadan dünyasını dəyişib. Amma hansı şəraitdə öldüyü guya bilinmir.
 
Biz meyiti xarici müayinə edərkən bədən üzvlərinin yerdəyişən sınığı, döş qəfəsinin sınığı, başın sol almacıq sümüyünün sınığı, böyük bir sahənin hemotoması, alt və üst dodaqların selikli qişasında qançırlar, sol və sağ qaşüstü nayihəsində sıyıqlar, döş qəfəsinin arxa hissəsində qançırlar, sol xayalarda qançır aşkar edildi. Ona xüsusi küt alətlə xəsarətlər yetiriblər. Hər iki budun geniş nahiyyəsində qançır və hemotomalar, sol bel nayihəsinin geniş ölçülü sıyrığı ilə qəbul etdik.
 
Daxili müayinə zamanı isə baş dərisinin iç səthində qansızmalar, baş beyinin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları aşkar edildi. Hər iki tərəfdə qabırğalar 7-8 yerdən sınmışdı. Hətta qabırğalardan birini tapa bilmədik. 
 
Qabırğa sınığı ağciyəri zədələyib. Ağciyərin kəsilmiş-cırılmış yaraları aşkarlandı. Diafraqmada da küt travma və cırılma var idi. Qaraciyər və dalaq cırılıb, dağılıb. Qarın boşluğunda periton,  qan qopması aşkar edildi. Ölümə çoxsaylı travmalarla əlaqədar posttravmatik şok səbəb olub”.
 
Ə. Həsənov qeyd edib ki, Ziyəddin Səfərova isə ürək çatışmazlığı diaqnozu qoyulub:
 
"Rusiyadakı ekspertizada göstərilir ki, guya, ürəyin işemik xəstəliyindən vəfat edib. Biz isə müayinə edərkən məlum oldu ki, sağ və sol gözün qapaqlarında qansızmalar, boyunun sol və sağ nayihəsində qançır və sıyıqlar, döş qəfəsində deformasiyalar və zolaq halında sıyıqlar, bud və baldırlarda sıyıq və qançırlar, xayalıqlarda qançır, sıyıq və qansızmalar aşkarlandı. Bundan başqa, meyitin daxili müayinəsi zamanı onun boynunun sol və sağ ətraflarının zolaqlı qançırları, onurğanın zolaqlı sıyrıqları və digər travmalar aşkar edildi".
 
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Избранный
5
50
moderator.az

10Источники