RU

Polşa hökuməti Almaniya və Litva ilə quru sərhədinə nəzarət tətbiq etməyi düşünür

Polşanın baş naziri Donald Task qeyri-qanuni miqrasiya ilə bağlı narahatlıqlar səbəbindən ölkəsinin Almaniya və Litva ilə sərhədlərində yoxlamaları bərpa etməyi düşündüyünü bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Sərhəd təhlükəsizliyinin hökumətinin əsas prioritetlərindən biri olduğunu ifadə edən Task, "alman tərəfinə şübhəli halların (qanunsuz immiqrasiya ilə bağlı) davam edəcəyi təqdirdə Polşa-Almaniya sərhədində yoxlamaları yenidən başlatmalı ola biləcəyimizi bildirdik" deyib.

Alınacaq qərarların Polşa vətəndaşları üçün minimal narahatlıq yaradacaq şəkildə həyata keçiriləcəyini vurğulayan Task, Litva üzərindən Polşaya qeyri-qanuni keçidlərin qarşısının alınması üçün tədbirlərin görüləcəyini bildirib.

Избранный
14
13
operativmm.az

10Источники