RU

Ştefani Ştallmayster: Etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığımız uğurla davam edir

Apa.az saytına istinadən ain.az xəbər verir.

Etibarlı tərəfdaş kimi Azərbaycanla Dünya Bankının əməkdaşlığı uğurla davam edir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Hökuməti və Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsinin imzalanma mərasimində Dünya Bankı Qrupunun ölkə üzrə meneceri Ştefani Ştallmayster deyib.

O bildirib ki, Azərbaycan Hökuməti və Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” icra olunduqdan sonra ölkə 1,8 giqavat həcmində elektrik enerjisini şəbəkəyə inteqrasiya edə biləcək.

"Bundan sonra da Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun layihələrin dəstəklənməsi ilə ölkənin dayanıqlı və inklüziv inkişafına mühüm töhfələr verəcəyinə əminik", - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
11
apa.az

10Источники