Bu ilin yanvar-may aylarında Azərbaycanın Sloveniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 38,6 faiz artaraq 18,4 milyon dolları üstələyib.
Operativ Media bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Azərbaycandan Sloveniyaya ixrac 7 milyon dollar (+1,9 dəfə), Sloveniyadan Azərbaycana idxal: 11,3 milyon dollar (+18,2 faiz) artıb.
Cari ilin ilk beş ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Sloveniya ilə ticarətin payı 0,08 faiz təşkil edib.