Bakı şəhəri, Yasamal rayonu ərazisində məişət və təkər tullantıları yığılmış sahədə baş vermiş yanğın söndürülüb. 1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata əsasən, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının genişlənməsinə imkan vermədən qısa müddətdə söndürüb. 12:49 Bakı şəhəri, Yasamal rayonu ərazisində məişət və təkər tullantıları yığılmış sahədə yanğın baş verib. 1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.