RU

Tramp da mane ola bilmədi: Dollar bu qədər dəyər itirib

2025-ci ilin ilk altı ayında ABŞ dolları 10 faizdən çox dəyər itirib.

Publika.az xəbər verir ki, bu, 1973-cü ildən bu yana ən zəif yarımillik göstəricidir.

Dolların əsas valyutalara qarşı bu qədər dəyər itirməsi iqtisadi və siyasi səbəblərlə izah olunur. Ekspertlərə görə, Donald Trampın ticarət müharibələrinə yönəlmiş sərt siyasətləri, dövlət borcunun artması və Federal Ehtiyat Sisteminə (FED) mümkün müdaxilələrə dair narahatlıqlar bu prosesdə əsas rol oynayıb.

Zəif dollar ABŞ üçün ikili təsir yaradır: idxal olunan məhsullar bahalaşır, inflyasiya riski artır, lakin ixracat daha rəqabətli olur. Mütəxəssislər bunun qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik yaratdığını bildirirlər.

Избранный
21
21
publika.az

10Источники