RU

MİDA və Ziraat Bank Azərbaycan arasında əməkdaşlıq başladı (FOTO)

Bakı. Trend:

Güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslər “ZiraatBank Azərbaycan” ASC tərəfindən təklif olunan güzəştli ipotekakreditindən faydalana bilərlər. Bu kreditlər Mənzil İnşaatı DövlətAgentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış komplekslərindənmənzil əldə etmək istəyən vətəndaşlara İpoteka və Kredit ZəmanətFondunun (İKZF) vəsaiti hesabına təqdim olunur.

Qeyd edək ki, MİDA tərəfindən satışa çıxarılan güzəştlimənzillərin üstünlüyü, qiymətlərinin yerləşdiyi ərazilər üzrə bazarqiymətindən daha aşağı olmasıdır. Eyni zamanda, bu mənzillərvətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuşvəziyyətdə təklif olunur. “Ziraat Bank Azərbaycan” ASC və “MİDA”MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində bumənzillərin əldə edilməsi üçün güzəştli ipoteka krediti 100 000AZN-dək məbləğdə, 30 ilədək müddətə, illik 4 % və 10%-dən başlayanilkin ödəniş şərti ilə təklif olunur. MİDA-nın sərəncamında olanmənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən(www.e-gov.az ) “Güzəştlimənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

MİDA-nın sərəncamında olan mənzilləri əldə etmək istəyən şəxslərkredit müraciətlərini Ziraat Bank Azərbaycanın Bakı şəhərindəyerləşən 7 filialına (Müştəri Xidmətləri Departamenti, İçərişəhər,Əhməd Rəcəbli, Azadlıq, Səməd Vurğun, Babək və Sədərək filialları),Sumqayıt şəhərində yerləşən Sumqayıt filialına və Gəncə şəhərindəyerləşən Gəncə filialına ünvanlaya bilərlər. Ziraat BankAzərbaycanın filialları həftə içi hər gün saat 09:00-dan 17:00-dəkfəaliyyət göstərir və müştərilərə yüksək səviyyəli xidmət təqdimedir.

Müştərilər güzəştli ipoteka krediti almaq hüququna malik olanşəxslərin siyahısı və ətraflı şərtlərlə Bankın rəsmi internetsəhifəsində tanış ola bilərlər. Link: MİDAİpoteka Krediti | Ziraat Bank

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir.Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmətgöstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvanşəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərəxidmət təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.

Избранный
8
8
az.trend.az

9Источники