RU

Azərbaycan son 5 ildə inkişaf etməkdə olan ölkələrə 350 milyon dollardan artıq yardım göstərib - Samir Şərifov

Bakı. Trend:

Azad olunmuş ərazilərin bərpası ilə əlaqədar kifayət qədəryüksək maliyyə yükünə baxmayaraq, ölkəmiz beynəlxalq inkişafayardım sahəsində aktiv rol oynamaqda davam edir. Azərbaycan son 5ildə inkişaf etməkdə olan ölkələrə 350 milyon ABŞ dollarından artıqyardım göstərib.

Trend xəbərverir ki, bunu Baş nazirin müavini Samir Şərifov BMT-nin İnkişafüçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında çıxışındadeyib.

S.Şərifov davamlı inkişafın maliyyələşdirilməsinə həsr olunmuştədbirin vacibliyini vurğulayaraq, Azərbaycan Hökumətinin 3-cüKonfransdan ötən dövr ərzində “2030-Davamlı İnkişaf Gündəliyi”ninirəliləməsi üzrə Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqındaməlumat verib.

Bildirilib ki, Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin(DİM) icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edən ilk 5ölkə sırasında, regionda isə birincidir. Ölkəmiz MilliMaliyyələşdirmə Çərçivəsi və DİM İnvestor Xəritəsi kimitəşəbbüslərin tətbiqi nəticəsində icmal büdcə xərclərinin 80faizindən çoxunun DİM-ə uyğunlaşdırımasına nail olub.

S.Şərifov vurğulayıb ki, konfrans beynəlxalq ictimaiyyət üçünhəlledici və inkişaf məqsədləri üçün maliyyə resuslarında qıtlığınyaşandığı bir zamanda keçirilir. Geosiyasi gərginliklər və hərbimünagişələr inkişaf üçün maliyyələşmənin resurs bazasınındaraltdır, münaqişənin nəticələrini ardan qaldırmağa yönəlmiş bərpavə yenidənqurma işləri isə dövlət büdcələri üçün əlavə təzyiqyaradır.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanın təcavüzünə məruzqalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuşAzərbaycan, 2020-ci ilin noyabrında isğala son qoyduqdan və ərazibütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyiərazilərinin bərpasına başlayıb, təcavüz nəticəsində bu ərazilərdəndidərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinəqaytarılması üzrə Böyuk Qayıdış Dövlət Proqramını həyatakeçirir.

Bugünədək Proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞdolları məbləğində vəsaiti sərf olunub.

S.Şərifov daha sonra bildirib ki, Azərbaycan HökümətKomissiyasının qimətləndirməsinə əsasən hərbi təcavüz və işğalAzərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub.

Zərərin 15%-dən artıq hissəsi ərazilərin minalarla çirklənməsiilə bağlı olduğundan Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin qərarı ilə mina təhlükəsizliyi Azərbaycan tərəfindən 18-cimilli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə dətövsiyyə olunub.

Baş nazirin müavini konfrans iştirakçıların diqqətinə çatdırıbki, azad olunmuş ərazilərin bərpası ilə əlaqədar AzərbaycanHökumətinin üzərinə kifayət qədər yüksək maliyyə yükünün düşməsinəbaxmayaraq, ölkəmiz beynəlxalq inkişafa yardım sahəsində aktiv roloynamaqda davam edir.

Belə ki, Azərbaycan son 5 ildə inkişaf etməkdə olan ölkələrə 350milyon ABŞ dollarından artıq yardım göstərib.

S.Şərifov iqlim maliyyəsinin davamlı inkişafın mühüm elementinəçevrildiyini vurğulayıb.

Qeyd edib ki, Azərbaycan dayanıqlı inkişafın bu elementi üzrə dəqlobal töhfəsini verməkdədir. Beləki, Azərbaycanın sədrliyi iləBakı şəhərində keçirilmiş qlobal iqlim konfransında (COP29) “2030Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nə nail olmaq üçün Bakı MaliyyəHədəfi kimi tanınan yeni maliyyə hədəfinin qəbul edilməsi, bununlainkişaf etməkdə olan ölkələrin iqlim dəyişiklikyi ilə bağlımitiqasiya və adaptasiya ehtiyaclarının qarşılanması üçün inkişafdaolan ölkələr tərəfindən ayırılması nəzərdə tutlan maliyyəyardımının 3 dəfəyədək artırılması qlobal əhəmiyyətə malikdir.

Sonda S.Şərifov Azərbaycan Respublikasının inkişaf naminəçöxtərəfli əməkdaşlıqda bundan sonra da fəal iştirak edəcəyini vəDİM-ə nail olmaq üçün öz töhfəsini verəcəyini bildirib.

Konfrans çərçivəsində qarşı tərəfin müraciəti əsasında nümayəndəheyəti BMT-nin Kapital İnkişaf Fondunun (UNCDF) İcraçı KatibiPradeep Kurukulasuriya ilə görüş keçirib. Görüşdə ölkəmizin donordövlətinə çevrilməsi, sosial iqtisadi problemlərin həlli, münaqişəsonrası bərpa işləri sahəsindəki təcrübəmiz nəzərə alınaraq mümkünəməkdaşlıq imkanları müzakirə edilib.

Sevilya konfransı 164 dövlətin və 49 beynəlxalq təşkilatınnümayəndələrini bir araya gətirərək Monterrey (2002), Doha (2008)və Əddis-Əbəbədən (2015) sonra BMT-nin inkişafınmaliyyələşdirilməsi üzrə dördüncü böyük tədbiridir. Konfransın əsasməqsədi BMT-nin qəbul etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədlərinin(DİM) yerinə yetirilməsi üzrə konkret öhdəlikləri hazırlamaq vəyenilənmiş maliyyələşdirmə çərçivəsini formalaşdırmaqdanibarətdir.

Qeyd edək ki, BMT-nin İspaniyanın Sevilya şəhərindəkeçirilən,İnkişaf üçün Maliyyələşdirmə üzrə IV BeynəlxalqKonfransının ikinci günü – iyulun 1-də, İnkişafınMaliyyələşdirilməsinə dair “Sevilya öhdəliyi” sənədi qəbuledilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
1
5
az.trend.az

6Источники