Qadın futbolçulardan ibarət Azərbaycan millisi Minskdə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız bu gün Belarus yığması ilə üz-üzə gəlib.
Minskdəki “Traktor” stadionunda baş tutmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0.
Xatırladaq ki, millimiz iyunun 28-də bu rəqibə qarşı keçirdiyi ilk yoxlama oyununda da 0:3 hesabı ilə uduzmuşdu.