Bakıda həbs edilən “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeniy Belousovun adı Ukraynın ekstremist saytının məlumat bazasına daxil edilib.
"Cebheinfo.az" Teleqraf-a istinadla xəbər verir ki, “Sülhməramlı” adlanan ekstremist sayt 2014-cü ildə yaradılıb
Bazaya saytın müəllifləri tərəfindən mənfi qiymətləndirməyə səbəb olan jurnalistlər, sənətçilər və siyasətçilər daxil edilir.
İqor Kartavıx və Yevgeniy Belousov “müharibə təbliğatçısı” kimi bazaya daxil ediliblər.
"Cebheinfo.az"