Orban: Ukrayna Monteneqroya qədər Aİ-yə daxil olmamalıdır
Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına sürətlə daxil olması planlarını tənqid edib. O, sosial şəbəkədəki səhifəsində yazıb: "Monteneqro Avropa İttifaqına üzv olmaq üçün 15 il gözlədi. Gərgin iş sayəsində üzvlük üçün bütün kriteriyalara cavab verdi".
Onun sözlərinə görə, Monteneqronun Aİ-yə daxil olması qarşısında yeganə maneə Brüsselin özünün mövqeyidir.
Orban vurğulayıb ki, Monteneqro kimi namizəd ölkələrdən yan keçməklə Ukraynanın Aİ-yə qəbulu üçün heç bir rasional əsas yoxdur.
O, həmçinin qeyd edib ki, Macarıstan Aİ və NATO-nun üzvü kimi xarici siyasətində Qərb istiqaməti ilə məhdudlaşmamalıdır.
Polşanın bundan əvvəl seçilmiş prezidenti Karol Navroçki Polsat telekanalına müsahibəsində Ukraynanın NATO və Avropa Birliyinə üzv olmasına qarşı çıxıb.