RU

Xaçmazda qadın qətlə yetirildi - Oğlu saxlanıldı » AzadMedia.az


Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Qadaşoba kəndində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızı çoxsaylı bıçaq zərbələri alaraq qətlə yetirilib.

Qətli törətməkdə şübhəli bilinən, onun oğlu 15 yaşlı E.Lətifov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Избранный
12
6
azadmedia.az

9Источники