“Lukoil”in yüksək vəzifəli əməkdaşı Əhməd Hacıyev saxlanılıb
Musavat.com xəbər verir ki, “Lukoil” şirkətlər qrupunun Ural regionundakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin saxlanıldığı bildirilir.
Məlumata görə, Hacıyev artıq məhkəməyə aparılıb. Hazırda onun barəsində hüquqi prosedurların davam etdiyi qeyd olunur. Hadisənin detalları və saxlanılma səbəbləri barədə rəsmi açıqlama verilməyib.
Musavat.com