Polşa Ali Məhkəməsi 18 may və 1 iyun tarixlərində iki turda keçirilən prezident seçkilərinin nəticələrini təsdiqləyib.
Viral.az xəbər verir ki, bu barədə TVP Info telekanalı məlumat yayıb.
Nəticələrə əsasən, müxalifət namizədi Karol Navrotski qalib gəlib. Bu barədə Ali Məhkəmənin seçki nəticələrinin təsdiqlənməsinə məsul olan Fövqəladə Nəzarət və İctimai İşlər Palatasının hakimi Kşiştof Vyak bildirib.
Son Yazılar:
- Prezident seçkilərində Navrotskinin qələbəsi TƏSDİQLƏNDİ
- Yəməndən İsrailə raket ATILDI
- Yekaterinburqdakı Azərbaycan diasporunun lideri saxlanıldı – YENİLƏNİB
“Ali Məhkəmə 1 iyun 2025-ci il tarixində Karol Tadeusz Navrotskinin Polşa Respublikasının prezidenti vəzifəsinə seçilməsinin qanuniliyini təsdiqləyir”, – deyə o bildirib.