RU

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri saxlanılıb - VİDEO - YENİLƏNİB

Bu gün axşam saatlarında Rusiyanın Yekaterinburq şəhərində "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında növbəti saxlanılmalar aparılıb.

Moderator.az E1.RU-ya istinadən xəbər verir ki, hadisə yerindən çəkilmiş foto və videolarda Uraldakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlinskinin üzüstə asfalt üzərinə yatırıldığı görünür. Mütvəlinin 500 nömrə nişanlı "Galendewagen" avtomobilinin şüşələri sındırılıb.

Nəşrin mənbəsinin sözlərinə görə, həbslər 2001-ci ildə Yunis Paşayev və 2011-ci ildə İkram Hacıyevin qətli ilə bağlı ola bilər.

Qeyd olunur ki, güc strukturlarının əməkdaşları qətllərin sifarişçilərini axtarırlar, onların Şıxlinskiyə sualları yaranıb. Məlumata görə, Mütvəli dindirildikdən sonra sərbəst buraxılıb, atası Şahin Şıxlinski isə saxlanılıb.

Rusiyanın Yekaterinburq şəhərində yerləşən "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb.

Moderator.az-ın "URALIVE" "Telegram" kanalına istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Sosial şəbəkələrdə saxlanılma anının görüntüləri yayılıb.

Azərbaycan diasporundan faktı təsdiqləyiblər.

Mutvəli Şıxlinskinin (Şahin Şıxlinskinin oğlu) vəkili nəşrə "Atam saxlanıb" deyib.

Onun sözlərinə görə, saxlanmazdan əvvəl təqib edilib.

 

 

Избранный
32
moderator.az

1Источники