RU

İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşları barəsində 4 aylıq həbs qərarı verilib – FOTO – YENİLƏNİB

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə saxlanılan 8 nəfərdən sonuncusu barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başa çatıb.

***

23:09

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə yeddi nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, bir nəfərin məhkəməsi davam edəcək.

***

22.54

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə dörd nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 4 nəfərin məhkəməsi davam edəcək.

***

21:43

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə iki nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 6 nəfərin məhkəməsi davam edəcək.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşıdır.

***

21:16

Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsində fasilə elan edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, proses Ülviyə Şükürovanın hakimliyi ilə keçirilir.

Qeyd edək ki, 8 nəfər Rusiya vətəndaşından ibarət mütşəkkil dəstə İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinirlər.

***

21:12

Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılır.

***

20:33

Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşları məhkəməyə gətirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bir müddət sonra Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılacaq.

 

 

 

Избранный
29
10
nocomment.az

10Источники