ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin hazırkı hökuməti keçmiş prezident Co Bayden administrasiyası tərəfindən sənədləri imzalamaq üçün cihazdan istifadə edilməsini araşdırır.
Publika.az xəbər verir ki, Tramp bunu prezident təyyarəsində jurnalistlərlə söhbəti zamanı deyib.
Tramp eyham vurub ki, ABŞ-ın 46-cı prezidentini mühakimə etməyin mənası yoxdur, çünki o, nə baş verdiyini anlamayıb.
"Bilmirəm, onun mənə etdiklərini mən də ona edərdim, ya yox. O, yəqin ki, nə baş verdiyini anlamazdı. Deməli, bəlkə də bu qədər pis olmazdı", - Tramp deyib.
Tramp həmçinin Baydenin ABŞ-ın “ən pis prezidenti” olduğunu təkrarlayıb.