RU

Tramp: İsrail Qəzzada müvəqqəti atəşkəsə razılıq verib

BAKI, 2 iyul. TELEQRAF

İsrail Qəzzada 60 günlük atəşkəs üçün şərtlərə razılıq verib.

Teleqraf xəbr verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Social Truth” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Ağ Ev nümayəndələri İsrail rəhbərliyi ilə Qəzza zolağı mövzusunda "uzunmüddətli və məhsuldar" görüş keçiriblər.

"İsrail 60 günlük atəşkəsin əldə olunması üçün zəruri şərtlərə razılaşıb, bu müddət ərzində biz bütün tərəflərlə müharibəyə son qoymaq üçün işləyəcəyik", - paylaşımda deyilir.

Məlumatda bildirilir ki, Qətər və Misir son təklifi HƏMAS hərəkatının nümayəndələrinə çatdıracaqlar. Bununla yanaşı, ABŞ administrasiyasının rəhbəri hərəkatın rəhbərlərinə xəbərdarlıq edib ki, təklifi qəbul etməkdən imtina etdikləri təqdirdə vəziyyət "daha da pisləşəcək".

Избранный
47
33
teleqraf.com

10Источники