RU

ABŞ FTB qərargahını Vaşinqtondan kənara köçürmək planından imtina edib

ABŞ hökuməti Federal Təhqiqatlar Bürosunun (FTB) qərargahını Vaşinqtondan kənara köçürmək planından imtina edib.

APA xəbər verir ki, bu haqda məlumat ABŞ Ümumi Xidmətlər Administrasiyasının (GSA) dərc etdiyi sənəddə qeyd olunub.

FTB-nin qərargahı ABŞ-ın paytaxtında Ronald Reyqan binasında yerləşəcək. Burada ABŞ Gömrük və Sərhəd Mühafizəsi (USCBP) və faktiki olaraq ləğv edilmiş ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yerləşir.

Beləliklə, ABŞ prezidenti Donald Trampın administrasiyası FTB-nin qərargahını Vaşinqtondan kənara, Merilend ştatına köçürmək barədə əvvəlki niyyətindən əl çəkib.

GSA-nın bəyanatında qeyd edilir ki, Vaşinqtondan kənarda yeni FTB kompleksinin tikintisi bir neçə il davam edəcək və milyardlarla dollara başa gələcəkdi.

Избранный
14
3
apa.az

4Источники