RU

ABŞ FTB qərargahını Vaşinqtondan kənara köçürmək planlarından imtina edib

ABŞ hökuməti federal hökumətin əsas funksiyalarını idarə etmək və dəstəkləmək vəzifəsi daşıyan ABŞ Ümumi Xidmətlər Administrasiyasının (GSA) dərc etdiyi sənədə əsasən, Federal Təhqiqatlar Bürosunun (FTB) qərargahını Vaşinqtondan kənara köçürmək planlarından imtina edib...

Poliqon bu barədə xarici mətbuata istinadən xəbər verir. 

FTB-nin qərargahı ABŞ paytaxtında Ronald Reyqan binasında yerləşəcək. Burada ABŞ Gömrük və Sərhəd Mühafizəsi (USCBP) və faktiki olaraq ləğv edilmiş ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yerləşir.

Beləliklə, ABŞ prezidenti Donald Trampın administrasiyası FTB-nin qərargahını Merilend ştatında Vaşinqton ətrafına köçürmək barədə əvvəlki niyyətindən əl çəkib.

GSA bəyanatında qeyd edilir ki, Vaşinqtondan kənarda yeni FTB kompleksinin tikintisi bir neçə il çəkəcək və milyardlarla dollara başa gələcəkdi.

Poliqon.info 

Избранный
17
3
poliqon.info

4Источники