Bakı. Trend:
İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinəzəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzinmətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, şöbəyə qəbul edilən xəstələrdən 37 nəfərdərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-sispirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənənşəxslərdir.
"Həmçinin, 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2nəfər botulizm,1 nəfər həşərat dişləməsi səbəbilə şöbəyəyerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydəalınıb", - deyə o əlavə edib.