RU

Müşfiq Ələsgərli: "“Russia Today” və “Sputnik” Rusiya casusluğunun ön xəttindədir"

FTX əməkdaşının aşkar edilib saxlanılması təəccüblü deyil
 
 
Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məhkəmə keçirilib. Xətai Rayon Məhkəməsində onların barəsində qətimkan tədbirinin seçilməsi haqqında təqdimatlara baxılılıb. Məhkəmənin qərarı ilə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb. Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, Avropa İttifaqı Şurası hələ 2022-ci ilin fevral ayında üzv ölkələr ərazisində Rusiyaya məxsus "Russia Today" və onun  bütün versiyalarının, o cümlədən, “Sputnik” fəaliyyətinin qadağan edilməsi barədə qərar verib. Ekspert xatırladıb ki, həmçinin, Marqarita Simonyan da daxil olmaqla, "Russia Today"in rəhbərliyinə qarşı sanksiyalar tətbiq edilib:

 "Səbəb kimi "Russia Today" şəbəkəsinin dezinformasiya yayması, informasiya manipulyasiyaları ilə məşğul olması, əməkdaşlarından casus qismində istifadə olunmasıdır. 2024-cü ildə isə sosial media nəhəngi "Meta" "Russia Today"ə məxsus media qurumlarının səhifələrini silib. Bu qərar ABŞ-nin keçmiş Prezidenti Co Bayden administrasiyasının RT barədə faktları açıqlaması ilə əlaqələndirilib. Həmin açıqlamalarda RT əməkdaşları “Moskvanın casus agentlikləri” kimi təqdim edilir. Şirkətin Azərbaycan təmsilçiliyinə - “Sputnik-Azərbaycan” Agentliyinə 2022-ci ilin mart ayında yeni rəhbər qismində təyin olunan Vitali Denisovun da Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olduğu barədə həmin dövrdə məlumatlar yayıldı. Bəlli oldu ki, Denisov Azərbaycana göndərilməmişdən əvvəl "Sputnik"in Cənubi Osetiyadakı bürosuna başçılıq edib. Orada etnik separatizmin alovlandırılmasında rol alıb. Bu baxımdan Azərbaycan Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində FTX əməkdaşının aşkar edilib saxlanılması təəccüblü deyil".
Избранный
24
sherg.az

1Источники