RU

Konkret.az 6 yaşında

Bu gün Konkret.az xəbər portalının fəaliyyətə başlamasından 6 il ötür.

Modern.az-ın məlumatına görə, sayt 2019-cu il iyulun 2-də Azərbaycanın media məkanına daxil olub.

Konkret.az qısa müddətdə peşəkarlığı və operativliyi ölkənin aparıcı xəbər resurslarından birinə çevrilib.

Saytda analitik yazılar, araşdırmalar, müsahibələr və reportajlar yayımlanır.

"Saytımız bu illər ərzində söz azadlığına və milli mətbuat ənənələrinə sadiqliyini qoruyaraq, ölkədə informasiya təhlükəsizliyinin möhkəmlənməsinə də öz töhfəsini verib.
Bu uğurun arxasında peşəkar redaksiya komandası, fədakar əməkdaşlarımız və ən əsası, bizə inanan, bizi seçən oxucularımız dayanır. Biz dəyişmədən inkişaf edir, böyüyürük. Qarşımızda hələ çox yol var. Hədəfimiz eynidir: daha obyektiv, daha operativ, daha konkret olmaq!", - deyə baş redaktor Fadil Paşayev ad günü təəssüratlarını ifadə edib.

Həmkarlarımızı təbrik edirik!

Избранный
8
3
modern.az

4Источники