RU

“Sputnik işi”ndə saxlanılan FTX agenti İqor Kartavıxla bağlı SENSASİON DETALLAR – FOTO

Xəbər verdiyimiz kimi, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən keçirilən əməliyyat zamanı “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousov saxlanılıb.

Bizim.Media xəbər verir ki, “Evocation.info” İqor Kartavıx haqqında məlumatları dərc edib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı SAXLANILDI


Məlumata görə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı olan Kartavıx 1987-ci ildə anadan olub.

O, 2010-cu ildə Moskvada Ali İqtisadiyyat Məktəbini bitirib. 2013-cü ildən bu günə kimi “Sputnik”in də daxil olduğu, baş redaktoru məşhur təbliğatçı Marqarita Simonyan olan “Russia Today” media holdinqində çalışır.

Kartavıxın Moskvanın Krasnıx Zor və Filevskaya küçəsində yerləşən iki mənzili var.

Qeyd edək ki, iyulun 1-də Xətai Rayon Məhkəməsinin qərarı ilə İqor Kartavıx və Yevgeni Belousov 4 ay müddətinə həbs olunublar. Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurlar.









Bizim.Media

Избранный
20
1
bizim.media

2Источники