RU

EBRD Azərbaycanda cari layihə portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli mayın 31-nə 991 milyon avro məbləğində qiymətləndirilir.

“Report” EBRD-ə istinadən xəbər verir ki, portfelin 38 %-i özəl sektorun payına düşür.

Hazırda 34 layihə aktivdir.

Aprelin 30-na olan göstərici ilə müqayisədə portfelin dəyəri 1,3 % və yaxud 13 milyon avro azalıb.

EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 89 %-i (886 milyon avro) davamlı infrastrukturun inkişafına, 6 %-i (55 milyon avro) korporativ sektora, daha 5 %-i (50 milyon avro) isə maliyyə institutlarına yönəldilib.

Ümumilikdə EBRD Azərbaycanda 198 layihənin həyata keçirilməsinə 3,783 milyard avrodan çox investisiya yatırıb. Bankın kumulyativ ödənişləri 3,132 milyard avro təşkil edib.

Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,6 % (43 milyon avro) çoxdur.

Избранный
10
1
report.az

2Источники